Missiya və Davamlılıq

Biz insanları onların rifahı və planetin sağlamlığı üçün qida rasionunu bitki tərkibli qidalarla genişləndirməyə ruhlandırırıq

Bonduelle şirkətinin 7 dəyəri

İnsanlara qayğı
Biz insanlara bitki tərkibli qidalanma barədə məlumat verir və özümüz üçün yeni məhsullar kəşf edirik Biz işçilər üçün rahat şərait yaradır, təlimlər keçir və onların ixtisaslarını artırır, habelə yeni avadanlıqlar alırıq
Ədalətlilik
Biz şirkətin bütün işçilərinə karyera inkişafı üzrə bərabər imkanlar təqdim edirik
Dürüstlük
Biz müştərilərimiz və işçilərimiz qarşısında öhdəliklərimizi vaxtlı-vaxtında yerinə yetirərək açıq və dürüst hərəkət edirik
Etimad
Biz işçilərin təşəbbüslərini dəstəkləyirik — onların təklifləri əsasında şirkətin fəaliyyətində dəyişiklikləri həyata keçiririk. Layihəni ideya səviyyəsindən reallaşma səviyyəsinə çatdırmağa kömək edirik
Sadəlik
Biz ünsiyyətə açığıq: rəhbər şəxslərə və menecerlərə istənilən sual və təkliflərlə müraciət etmək mümkündür
Mükəmməllik
Biz məhsulların keyfiyyətinə ciddi nəzarət edirik — bu, bizim üçün prioritet məsələdir. Biz resurslara diqqətlə yanaşır və müasir texnologiyalardan: dronlardan və torpağın vəziyyətinin vericilərindən istifadə edirik
Açıqlıq
Biz istehsalatda, işə götürmədə və təchizatçıların axtarışında yeni ideya və təkliflərə açığıq

Siz Bonduelle şirkətinin dəyərlərinə nə dərəcədə tərəfdarsınız?

1
2
3
4
5

Dayanıqlı inkişaf

Təbiətin gələcəyimiz olduğuna əminik. BPact strategiyası – Bonduelle şirkətinin Qidalanma, Planet və İnsanlar kimi üç istiqamətində olan konkret və ölçülə bilən, sosial və ekoloji öhdəlikləridir: Məqsədimiz — hər bir insanın rasionundakı bitki mənşəli qidanın miqdarını artırmaqdır

Davamlı inkişafın tarixi

1996
İlk Aqronom xartiyasının yaradılması Onun məqsədi — torpağın münbitliyini qoruyub saxlamaq, becərilən tərəvəzlərin yüksək keyfiyyətini təmin etmək üçün aqrokimyəvi preparatların izlənməsini təmin etməkdir.
2002
Korporativ sosial məsuliyyət sahəsində 4 istiqamət üzrə ilk proqrama start verilməsi: Aqronomluq, İnsanlar, Keyfiyyət və Qidalanma, Təbii ehtiyatlar
2004
Lui Bondyuel Fondunun yaradılması Fond sağlam qidalanmanın təşviqi üçün elmi tədqiqatları və yerli layihələri dəstəkləyir. Daha ətraflı.
Təfərrüatlar
2012
Qlobal Hesabatlılıq Təşəbbüsünün (Global Reporting Initiative, GRI) standartlarına uyğun olaraq publik qeyri-maliyyə hesabatlarının formalaşdırılması. Etik məcəllənin nəşri
2016
KSM siyasətinin yeni prioritet istiqamətlərinin müəyyən edilməsi: İnsanlar, Bitki tərkibli qidalanma və Planet
2019
Dayanıqlı inkişaf sahəsində 2025-ci ilədək əsas məqsədlərin formalaşdırıldığı B!Pact strategiyasının yaradılması
2021
İşçiləri missiyamıza nail olmağa ruhlandıran INSPİRE korporativ proqramına start verilməsi
Bizimlə əlaqə

Saytda daha çox